Home Dünya Savaş başlasa, bu ölkəyə yardım edəcəyik

Savaş başlasa, bu ölkəyə yardım edəcəyik

203
0

Rusiya Tayvanda silahlı münaqişə baş verəcəyi halda Çinə hərbi yardım etməyə hazırdır.

Sosialxəbər.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.

“Mən Çinə yardım etməkdən imtina etməyimiz üçün heç bir səbəb görmürəm, lakin istərdim ki, Çinlə bu istiqamətdə tərəfdaşlığımız qarşılıqlı olsun, yəni biz də bu əməkdaşlıqdan müəyyən fayda əldə edək. Başa düşürük ki, bəzən hansısa kiçik münaqişələr böyük müharibəyə çevrilə bilir. Hesab edirəm Çin bu məsələdə çox ehtiyatlı və təmkinlidir. Buna baxmayaraq, o öz müdafiə potensialını da sürətlə artırmağa davam edir”, – o bildirib.

Cabarovun sözlərinə görə, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çin anlayıb ki, gələcəkdə Rusiya ilə yaxınlaşmalıdır.

Previous articleSən məzara qoyulunca Qardaşların qisasını aldı
Next article“Qısas” əməliyyatı: ermənilər daha 2 ölkəni “çağırır”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here