Home Qarabağ Paşinyanın növbəti həyasızlığı: Qarabağda erməni əsgəri…

Paşinyanın növbəti həyasızlığı: Qarabağda erməni əsgəri…

301
0

Azərbaycan Ordusunun ötən gün keçirdiyi “Qisas” əməliyyatının təsirindən bu gün özünə gələn Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirib.

Sosialxəbər.az xəbər verir ki, baş verən olaylara münasibət bildirən Nikol Paşinyan həyasızcasına yalan danışaraq, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan hərbçisi olmadığını və guya Azərbaycanın bunu deməklə blef etdiyini bildirib.

Qeyd edək ki, bu, utanmadan, həyasızcasına yalan danışmağın ən eybəcər formasıdır.

Belə ki, cəmi bir neçə gün öncə Ermənistan Baş Qərargah rəisinin müavini Saakyan Azərbaycanın Qarabağ bölgəsində xidmət edən Ermənistan vətəndaşları olan çağırışçıların “müqaviləli hərbçilərlə əvəzlənəcəyini” rəsmən elan etmişdi.

Bunun ardınca isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan hərbçilərinin guya 44 günlük müharibə zamanı erməni separatçı ünsürlərə “yardım üçün” getdiyini bildirərək, onların avqustun sonuna qədər Azərbaycan ərazisindən çıxarılacağını elan etmişdi.

İki rəsmi açıqlamanın ardınca, Qarabağdan Ermənistan hərbi birliklərinin çıxarılması barədə heç bir dəlil-sübut olmadan, “Qarabağda Ermənistan hərbçisi yoxdur” demək həyasızlığın son həddidir ki, bunu da ancaq ermənilər bacarar.

Previous articleZakir Həsənovun tapşırığı: Şəxsi heyətlə görüşlər keçirildi
Next articleAzərbaycan şiələri uğrunda İran-“Mehdiçi” davası

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here