Home Qarabağ II Qarabağ müharibəsinin qazisi niyə 5 aydır həbsdədir?

II Qarabağ müharibəsinin qazisi niyə 5 aydır həbsdədir?

231
0

II Qarabağ müharibəsinin qazisi, 44 günlük Vətən müharibəsinin döyüşçüsü Xəzər rayonu Qala qəsəbəsinin sakini Samir Hacıağa oğlu Şahbazov 5 aydır həbsdədir. 

Qazinin atası Hacıağa kişinin bildirdiyinə görə, Samir 2022-ci il mart ayının 12-də qohumlarının evinə Xırdalan şəhərinə qonaq gedib. Yolda, daha dəqiq desək Saray qəsəbəsinin yaxınlığında iki şübhəli şəxsin və post-patrul xidmətinin iştirakı ilə mənim oğlum həbs olunub. Narkotik maddənin istifadəçisi adı ilə Samir Şahbazov qanunsuz olaraq həbs olunuraq, şiddətli işgəncələrə məruz qalıb. 5 ay davam edən istintaq tamamilə sübut edib ki, II Qarabağ müharibəsinin qazisi Samir Şahbazova qarşı irəli sürülən ittihamlar saxtadıdır, əsassızdır. Keçirilmiş narkotestin nəticələri bir daha sübut edir ki,  Samir heç vaxt belə uyuşdurucu maddələrdən istifadə etməyib.

Qazinin atası Hacıağa kişi daha sonra qeyd edib ki, mən bir sıra  yerlərə müraciət etdim. Daxili İşlər Nazirliyində olub bəzi şəxslərə bu məsələnin mahiyyətini vəkillə birlikdə izah etdik. Bizə bildirdilər ki, yaxın müddətdə oğlunuz azad olunacaq. Ancaq nədənsə məsələ uzanır. Mən bu işi aparan Abşreron rayon polis idarəsinin müstəntiqi Kərim Xələfovdan narazıyam. Çünki həmin müstəntiq işi obyektiv aparmır. Çox aydın şəkildə sübut olunub ki, mənim oğlum Samir Şahbazova qarşı yönəlmiş  bütün ittihamlar əsassızdır.

Qazinin atası sonda onu əlavə etdi ki, Samir II Qarabağ müharibəsinin qazisidir, 44 gün kişi kimi döyüşüb, yaralanıb, kontuziya alıb. Döyüş şücaətinə görə, bir sıra medallar alıb. Bu gün ona qarşı bu ədalətsiz ittihamlardan sonra o, intihar etmək istəyir. Ona görə, mən bütün ictimaiyyətdən, mediadan bu məsələyə həssas yanaşmağı xahiş edirəm. Mən öz əlaqə mob. nömrəmi bura qeyd edirəm. (051-621—72-92) Hər kəsdən kömək gözləyirəm. 

Biz medianın prinsiplərinə sadiq qalaraq qarşı tərəfin, Abşreron rayon polis idarəsinin müstəntiqi Kərim Xələfovun mövqeyini işıqlandırmağa hazırıq.

Previous articleBinəqədi qəsəbəsində 4 küçənin təmirinə başlandı
Next articleAbituriyentlərə hansı güzəştlər ediləcək? – Detallar

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here