Home Şou-biznes “Düşünmürlər ki, başlarını bəlaya salırlar” – Əməkdar artist

“Düşünmürlər ki, başlarını bəlaya salırlar” – Əməkdar artist

565
0

Əməkdar artist Nigar Şabanova hərbi qulluqçuların TikTok-da canlı yayıma çıxmaları səbəbindən ordu sıralarından xaric edilmələrinə münasibət bildirib.

Sosialxəbər.az xəbər verir ki, sənətçi bu addımın doğru olduğunu vurğulayıb. O, hərbçiləri bu tip hərəkətlərdən çəkinməyə çağırıb:

“Düz ediblər, digərlərinə də dərs olsun. Bəziləri xidmət yox, qız ovundadır. Düşünmürlər ki, başlarını bəlaya salırlar. Analarınıza, cavan canınıza yazığınızı gəlsin. Ümidimiz sizsiniz. Peşənizi dəyərdən salmayın. Siz ən uca peşənin sahiblərisiniz, baş tacımızsınız. Hansısa səviyyəsini itirən qızlara özünüzü reklam edəcəksiniz deyə can qoyduğunuz işinizdən olmayın”.

Qeyd edək ki, kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edilib. Bu səbəbdən onlar xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb.

Onu da qeyd edək ki, N.Şabanovanın həyat yoldaşı Xəyyam da hərbçidir.

Previous articleBakıda məşhur mağaza şəbəkəsinin filial müdirinin meyiti iş yerində tapıldı
Next articleDİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here