Home Cəmiyyət Nazirlikdən Festivalla bağlı utandıran cavab

Nazirlikdən Festivalla bağlı utandıran cavab

92
0

Hacıkənddə keçirilən və bir neçə gündür müzakirələr yaradan Yaylaq Festivalı ilə bağlı əsas suallar bunlardır: festivalda nə qədər insan iştirak edib və tədbirə ayrılan vəsait nə qədərdir? Çünki bundan öncə festivalda rəsmilər 70 min nəfərin iştirak edəcəyini proqnozlaşdırdıqlarını bildirmiş, tədbirdən sonra isə 120 min rəqəmi hallanmışdı. Bu, ciddi fərqdir və təşkilati işlərdəki problemlərin səbəblərindən biri ola bilərdi.

Digər tərəfdən, festival üçün ayrılan vəsaitin həcmi də təşkilatçılıqdakı çatışmazlıqların obyektiv, yoxsa subyektiv səbəbdən baş verdiyini izah edərdi.

Sosialxəbər.az bildirir ki, Bununla bağlı Axar.az-ın Mədəniyyət Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, qonaqların dəvətini “Cavad Xan” Tarix və Mədəniyyət Fondu həyata keçirib, ona görə də qonaqların sayı ilə bağlı konkret statistikanı Mədəniyyət Nazirliyi bilmir.

“Digər sorğunuzla (festival ayrılan vəsaitin həcmi – red.) bağlı hələ ki rəhbərliklə razılaşdırılib bizə bir mövqe təqdim olunmayıb. Mövqe təqdim olunarsa, xəbər edərik”, – MN-nin cavabında qeyd edilib.

Qonaqlarının sayını hələ indi də bilməyən, tədbirdən sonra araşdırma aparmayan, detalları, yanlışları öyrənməyən və ayrılan vəsaitin həcmi haqda təsəvvürü olmayan, bu məsələdə “rəhbərliklə razılaşdırma” gözləyən qurumun qeyri-şəffaf fəaliyyətinin nəticəsi təsadüfən tənqid edilmir.

Previous articleI Qarabağ müharibəsi iştirakçılarına birdəfəlik ödəmə… – NK
Next articleEşitmə məhdudiyyətli idmançı 1 ci yerə layiq görüldü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here