Home QHT Eşitmə məhdudiyyətli idmançı 1 ci yerə layiq görüldü

Eşitmə məhdudiyyətli idmançı 1 ci yerə layiq görüldü

525
0

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İB-dən aldığımız məlumata görə , Azərbaycanda şəhid general-mayor Həşimovun xatirəsinə ciu-citsu üzrə Beynəlxalq Bakı Açıq Turniri keçirilib.

Ciu-Citsu üzrə Beynəlxalq Bakı Açıq Turniri Bakı idman sarayında keçirilib .

12-14 iyul 2020-ci il tarixlərində Tovuzda baş vermiş döyüşlərdə şəhid olan general-mayor Polat Həşimovun xatirəsinə həsr olunmuş turnirdə Azərbaycan, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstandan 200-ə yaxın idmançı iştirak edib.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin oxunması ilə başlayan turnirin açılış mərasimində, şəhid general-mayor Polat Həşimovun anası, Azərbaycan Ciu-Citsu üzrə prezidenti Səmayə Həşimov iştirak edib.

Federasiya Mir Əli Seyidov, Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin prezidenti Halit Kanak və digər qonaqlar iştirak edib.

Açılış mərasimindən sonra turnirdən -56, -62, -69, -77, -85, -94 və +94 kiloqram çəki dərəcələrində idmançılar medal uğrunda mübarizə aparıblar.

Turnirdə 56 kiloqram çəki dərəcələrində mübarizə aparan , Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İB-nin üzvü , məşqçi Nurəddin Daşdəmirovun fəxri tələbəsi eşitmə məhdudiyyətli Baloğlanov Ağasəlim 1 ci yer üzrə qalıb olub.

Ağasəlim bu qələbə ilə cəmiyyətə bir mesaj ötürüb “Qalib olmaq üçün məhdudiyyət yoxdu. Yetər ki, istək olsun. ”
Biz də İctimai Birlik adından , Ciu-Citsu federasiyasına və məşqçi Nurəddin müəllimə təşəkkür bildiririk. 1 ci yer qalibi Baloğlanov Ağasəlimə daha böyük uğurlar arzulayırıq. Uğura davam …

Previous articleNazirlikdən Festivalla bağlı utandıran cavab
Next articleTayvan Çin üçün “Qarabağdır” – ABŞ eksperti

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here