Home Şou-biznes Xalq artisti düşdüyü qəzadan qanışdı – “Sürücünün saçları ağappaq olmuşdu”

Xalq artisti düşdüyü qəzadan qanışdı – “Sürücünün saçları ağappaq olmuşdu”

179
0

Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova “Onun sirri” proqramının qonağı olub.

Sosialxəbər.az xəbər verir ki, T.Muradova qastrol səfrələrinin birində düşdüyü qəzadan danışıb:

“Türkiyədə qastrol səfəri zamanı baş verib. 2 avtobus idi, birində geyimlərimiz, digərin də isə səfərə gedənlər. Bu dövlət səfəri çox vacib idi. İndi xatırlamıram hansı şəhər idi, dağdan düşəndə birdən eştdik ki, “əyləc”, “əyləc”. Hamı bir tərəfə qaçdı. Mən ikinci sırada əyləşmişdim. Qışqırıqlardan bildim ki, nəsə baş verib. Sonra bildim ki, o dağdan enəndə sürcünün əyləci tutmayıb. Əllərimi açıb Allaha bizə kömək et dedim, yalvardım. Gedə-gedə 20 dəqiqə baş verdi bu və avtobus daşa dəyib dayandı. Avtobusa baxsanız əllər göydə idi, yarısı da yerə yıxılmışdı.

Sürücüyə baxdım, gördüm ki, qara saçları ağappaq olmuşdu. Görün indi o necə şok keçirib ki, bu dəqər insan – 45 nəfərdən çox rəqqas, musiqiçilər, Əməkdar, Xalq artistləri. Yenə Allah. Mən Allaha inanan insanam. Hər zaman yanımda olub, arzularımı, fikirlərimi eşidib. İndi də göz açıb ona təşəkkür edirəm ki, bu həyatı mənə bağışladın. Oradan qayıdanda qurban kəsdik. Bu şokla konsetimizi də verdik. 6 minlik stadionda çıxış etdik. Türkiyə prezidenti də bizi izləməyə gəlmişdi. Səhnədə rəqs edəndə sanki müalicə olduq”.

Previous articleRövşən Nəcəf Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edib
Next articleBakının bu qəsəbələrində su olmayacaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here