Home Hadisə Səlim Müslümov hakim qarşısına çıxarılır

Səlim Müslümov hakim qarşısına çıxarılır

422
0

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Sosialxəbər.az “Qafqazinfo” a istinadən məlumatına görə, eks-nazir barəsindəki cinayət işi üzrə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçiriləcək.

Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı o, ev dustaqlığına buraxılıb.

Previous articleBakıda 16 yaşlı oğlan itkin düşdü
Next articleRövşən Nəcəf Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here