Home Cəmiyyət Meşəlik ərazilərdə yanğın təhlükəsizliyi.. – Təlim

Meşəlik ərazilərdə yanğın təhlükəsizliyi.. – Təlim

219
0

Meşəlik ərazilərdə yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, meşəlik ərazilərdə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Türyançay, Korçay, Qarayazı Dövlət Təbiət Qoruqlarında, Göygöl, Altıağac Milli Parklarında, Tovuz, Lənkəran, Ağcabədi və Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzlərində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının, regional polis şöbəsinin əməkdaşlarının və yerli sakinlərin iştirakı ilə yanğından mühafizə mövzusunda növbəti maarifləndirmə tədbirləri və təlimlər keçirilib.

Tədbirlərdə təbiət əraziləri, meşəlik və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı profilaktik tədbirlərin aparılmasında səmərəliliyin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Previous articleNeft həftəni bu qiymətlə yekunlaşdırdı
Next articleXatirə bağını neçəyə satır?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here