Home Şou-biznes Söyüşə görə xanımından boşanan Xalq artisti ikinci dəfə evlənib

Söyüşə görə xanımından boşanan Xalq artisti ikinci dəfə evlənib

336
0

Xəbər verdiyimiz kimi, Xalq artisti Tarıyel Qasımov 40 illik xanımından bir neçə il əvvəl boşandığını etiraf edib. 

Sosialxəbər.az xəbər verir ki,  aktyor ikinci dəfə ailə qurub. Bu haqda onun xanımı Rübabə Qasımova “Onun sirri” proqramında danışıb:

“Tarıyel müəllimlə ailə qurmağa qərar verəndə o ayrılmışdı və 2 il idi bacısıgildə yaşayırdı. Çox xəstə idi, ailəm narazıçılıq etdi. Amma razılaşdım və əlimdən gələni edirdim ki, ayağa dursun. Neçə illik ailəsinin dağılması onun səhhətinə ziyan vurmuşdu. İllər ötdükcə şükür edirəm, onun anası mənim üçün ana oldu. Mənə hörmət edirlər, nə yaxşı qarşıma Tariyel Qasımov kimi insan çıxıb”. 

Aktyor bildirib ki, xanımı çox qısqancdır:

“Onu çox sevirəm. Bilirəm ki, o, məni məndən çox sevir. Məcburam ona görə yaşayım. Bir nöqsanı var, o da qısqancdır. Sosial şəbəkədə mənə yazırlar ki, sizi sevirəm. Ona izah edirəm ki, bunu bir aktyor kimi yazırlar”.

Qeyd edək ki, T.Qasımov həyat yoldaşından söyüşə görə boşandığını deyib. 

Previous article62 yaşlı kişi özünü güllələdi
Next articleRamin Musayev PFL-dən istefa verdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here