Home Hadisə Bakıda ağır qəza: ölən var

Bakıda ağır qəza: ölən var

154
0

Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Böyükkişi Hökümxan oğlu Əhmədov idarə etdiyi “İsuzu” markalı yük avtomobili ilə hərəkətdə olan zaman 1997-ci il təvəllüdlü Ümid Elçin oğlu Əliyev idarə etdiyi “Mitsubişi Lanser” markalı maşınla onun qarşısına köməkçi yoldan çıxıb. Nəticədə Ü.Əliyev və onun yanında olan sərnişin Emin Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Lakin Ü.Əliyev aldığı xəsarətlərdən xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Previous article“Neftçi”-“Rapid” oyununun saatı bəlli oldu
Next articleNeft yenidən ucuzlaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here