Home Qarabağ Laçın rayonunda kombayn aşıb, iki nəfər ölüb

Laçın rayonunda kombayn aşıb, iki nəfər ölüb

317
0

Laçın rayonunda kombayn aşıb, iki nəfər ölüb.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, hadisə iyulun 24-ü saat 19:30 radələrində rayonun Güləbird kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd ərazisində əkilmiş taxıl sahəsində işləyən Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevin idarə etdiyi “Claas-630” markalı kombaynı aşıb. Nəticədə həmin nəqliyyat vasitəsinin sürücüləri – Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Kazım Abbasov və Samux rayon sakini, 1979-cu il təvəllüdlü Yusif Abışov hadisə yerində ölüb, M.Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Previous articleErməni həyasızlığı pik həddə: nəyə nail olmaq istəyirlər?
Next articleBakıda maşın aşdı: Hindistan vətəndaşları öldü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here