Home Qarabağ Xarici media nümayəndələri və ekspertlərin Şuşaya səfəri başlayıb

Xarici media nümayəndələri və ekspertlərin Şuşaya səfəri başlayıb

300
0

Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycana gələn nümayəndə heyətinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri başlayıb.

Sosialxəbər.az xəbər verir ki, 20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyəti daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.

Beynəlxalq Media Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın da media nümayəndələri, ekspertləri və rəsmiləri var.

Qeyd edək ki, Beynəlxalq Media Forumu Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilir.

Previous articleNeft ucuzlaşmaqda davam edir
Next articleHesablama Palatası nazirlikləri yoxlayacaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here