Home Hadisə Abşeronda azyaşlının marağı başına bəla oldu – FOTO/VİDEO

Abşeronda azyaşlının marağı başına bəla oldu – FOTO/VİDEO

718
0

Abşeronda azyaşlının başı dəmir barmaqlıqlar arasında qalıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Xırdalanda baş verən hadisə ilə bağlı Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.

Hadisə yerində məlum olub ki, 2015-ci il təvəllüdlü uşağın başı beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinin dəmir barmaqlıqları arasında sıxılı halda qalaraq təhlükəli vəziyyətə düşüb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağı xilas edərək ailəsinə təhvil veriblər.

Previous articleMüdafiə Nazirliyi hesabat verdi
Next articleKonfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here