Home QHT QHT-nin Krımdan gələn qonağı

QHT-nin Krımdan gələn qonağı

285
0

Məlumat verdiyimiz kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in (BƏC İB) Krım şöbəsinin rəhbəri Natalya Postemskaya bir neçə gündür ki, Bakıdadır. Bu Natalya xanımın Bakıya ikinci səfəridir.
Natalya Postemskaya Azərbaycan incəsənətinə, sənətkarlarına böyük dəyər verir. Respublikamıza ötən səfəri zamanı o, Xalq artisti Gülyanaq Məmmədova ilə yaxından tanış olmuş və Azərbaycan musiqisinə valehliyini bildirmişdir. Gülyanaq xanıma xüsusi rəğbəti olan Natalya Postemskaya bu səfəri zamanı yenə də onunla görüşmüşdür.
Natalya xanım ürək sözlərini mətbuat vasitəsi ilə çatdırmağı xahiş etmişdir:

  • Gülyanaq xanım gözəl səsə malik sənətkar olmaqla yanaşı, həm də gözəl qəlbə, ürəyə malik bir xanımdır. Mənim gördüyüm qədər Gülyanaq xanım aztəminatlı ailələrin xeyir işlərində sənəti ilə bağlı xeyirxahlığını əsirgəmir. Nə yaxşı ki, belə insanlar var. Mən də Gülyanaq xanımı tanıdığım üçün xoşbəxtəm. Elə bilirəm Azərbaycanda bacım və rəfiqəm var. Gülyanaq xanımın simasında bütün Azərbaycanlı xanımlara xoşbəxtlik arzulayıram.

Məlahət Abdullayeva
“Əlillər Dünyası”

Previous articleSəxavət Məmmədovun oğlu: “Hələ də Ağdam ziyarətinin təsiri altındayam”
Next article“Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here