Home Qarabağ Mehriban Əliyevanın tapşırığı: Xarici ölkələrdə “Qarabağ məktəbləri”…

Mehriban Əliyevanın tapşırığı: Xarici ölkələrdə “Qarabağ məktəbləri”…

249
0

Azərbaycan Diasporuna Dəstək Fondu “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsinə start verib.

Sosialxəbər.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə xarici ölkələrdə “Qarabağ məktəbləri”nin qurulmasına başlanıb. Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm şəhərlərində həftəsonu məktəbləri artıq fəaliyyət göstərir.

Bu məktəblərin məqsədi azərbaycanlı uşaqlara ana dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini tədris etməklə yanaşı, ölkəmizlə bağlı həqiqətləri də onlara indidən aşılamaqdır ki, gələcəkdə milli kimliyini qoruyub saxlasınlar, onu təbliğ edə, xalqımızın və dövlətimizin maraqlarını müdafiə edə bilsinlər.

Azərbaycan Diasporuna Dəstək Fondunun “Qardaşlaşmış Qarabağ Məktəbləri” adlı yeni layihəsi iyulun 18-dən 24-dək davam edəcək.

Layihə çərçivəsində İsveçrədə fəaliyyət göstərən “Qarabağ” həftəsonu məktəbinin şagirdləri ilə məcburi köçkün və şəhid ailələrinin övladları bir həftə boyunca Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq mərkəzində yerləşəcəklər.

Layihədə İsveçrədən 10 şagird və 2 təlimçi, yerli məktəblərdən 14 şagird və 2 təlimçi iştirak edir. Burada onlara daimi kommunikasiya və şəbəkələşmə ilə yanaşı, Azərbaycan dili təlimləri keçirilir. Layihənin növbəti mərhələsində isə yerli şagirdlərin İsveçrəyə səfəri təşkil ediləcək.

Qeyd edək ki, layihənin həyata keçirilməsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ən önəmli tərəfdaşlardan biridir.

Previous articleDənizdə ölən bacılar bu vəzifəli şəxsin qızıdır – Foto
Next articleSəxavət Məmmədovun oğlu: “Hələ də Ağdam ziyarətinin təsiri altındayam”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here