Home QHT Gənclər Mərkəzində ” Döyüşə gedirəm mən” qısametrajlı sənədli-bədii filmin təqdimatı keçirildi

Gənclər Mərkəzində ” Döyüşə gedirəm mən” qısametrajlı sənədli-bədii filmin təqdimatı keçirildi

260
0

Sosialxəbər.az xəbər verir ki, Kitab Yayımı İşinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sabunçu rayonunda “Döyüşə gedirəm mən” qısametrajlı sənədli-bədii filmin təqdimatı Bakı Gənclər Mərkəzində həyata keçirilmişdir.
Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Babək Ramaldanovun həyat yoldaşı Aygün Ramaldanova və ailə üzvləri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü və sədr müavini Şahin Qədirov, Sabunçu rayon Qazilər Birliyinin sədri Sadiq Quliyev, Sabunçu rayon Şəhid ailələri, Qarabağ Əilləri və Veteranları ictimai birliyin sədri Çingiz Tağıyev, Vətəndaşların Sosial Rifahı Naminə ictimai birliyin sədri İradə Rizazadə, Qarabağ Əlilləri və Veteranları ictimai birliyin sədri Növrəstə Yusifova, Milli Mədəniyyətin Təbliği ictimai birliyin sədri Jalə Cəfərova, Qarabağ qaziləri və dəvət olunmuş qonaqlar iştirak etmişdir.
İlk öncə tədbirdə Azərbaycan himni səsləndirildi və sonra Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açılış nitqi ilə başlayan layihənin ssenari müəllifi Sənan Əlibıyov Layihə haqqında məlumat verərərk qeyd etdi ki, vətənpərlikdən bəhs edən bu qısa metrajlı sənədli-bədii film döyüşlərdə xüsusi qəhramanlıq göstərərək, şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Babək Ramaldanovun həyatından bəhs edir. Layihənin əsas məqsədi gənclərdə döyüş əzmini yuksəltmək, vətənə sevgini, vətənpərvərlik hisslərini yüksəltmək məqsədi daşıyır. Azərbaycan gəncinin haqq yolunda mübarizəsini bütün dünyaya yayaraq, hər bir Azərbaycan gəncinin Ali Baş Komandanın ətrafında birləşərək, vətənin azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə qalxmağa hazır olduqlarını bildirməkdir.
Layihənin rəhbəri Afət Alışova, ssenari müəllifi Sənan Əlibəyov, quruluşçu rejissor Ötkəm İskəndərov, operator Rais Bəhramidir. Sonra filmin təqdimatı həyata keçirildi.
Filmin təqdimatından sonra tədbirə dəvət olunmuş qonaqlardan Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Babək Ramaldanovun həyat yoldaşı Aygün Ramaldanova və ailə üzvləri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü və sədr müavini Şahin Qədirov, Sabunçu rayon Qazilər Birliyinin sədri Sadiq Quliyev, Sabunçu rayon Şəhid ailələri, Qarabağ Əilləri və Veteranları ictimai birliyin sədri Çingiz Tağıyev, Vətəndaşların Sosial Rifahı Naminə ictimai birliyin sədri İradə Rizazadə, Qarabağ Əlilləri və Veteranları ictimai birliyin sədri Növrəstə Yusifova, Milli Mədəniyyətin Təbliği ictimai birliyin sədri Jalə Cəfərova, Qarabağ qaziləri şəhid polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Babək Ramaldanovun qəhrəmanlığından və film haqqında öz təəssüratları və fikirlərini bildirdilər.
Sonda “Döyüşə gedirəm mən” qısametrajlı sənədli-bədii filminin ərsəyə gəlməsində layihəyəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkür bildirildi.

Previous articleAğalılar kommunal xərclərdən azad ediləcəklər? – AÇIQLAMA
Next articleAzər Allahverənov “Miqrasiya Məktəbi – 4” layihəsinin bağlanış tədbirində çıxış edib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here