Home Qarabağ Ağalılar kommunal xərclərdən azad ediləcəklər? – AÇIQLAMA

Ağalılar kommunal xərclərdən azad ediləcəklər? – AÇIQLAMA

259
0

İyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinə 10 ailə köçürülüb. Ümumilikdə isə 40 ailənin Ağalıya köçü planlaşdırılır.

Rəsmi məlumatlara görə, işğaldan azad edilmiş ərazilərə köçürülənlər üç il müddətinə sosial yardım paketlərindən yararlana biləcəklər.

Bəs ağalıların adaptasiya müddətində müəyyən çətinlikləri nəzərə alınaraq, kommunal xərclərdən azad edilməsi gözlənilirmi?

Məsələ ilə Ağalı kənd icra nümayəndəsi Gəray Hüseynov Modern.az-a danışıb.

G.Hüseynov bildirib ki, köç başa çatdıqdan sonra məsələ ilə bağlı danışıqlar aparılacaq:

“Hazırda Ağalı işıq və su ilə tam təchiz olunub. Ağalılar da, biz də ümid edirik ki, dövlətimiz kommunal xidmətlərlə bağlı 40 ailəyə güzəştlər edəcək”.

Previous article“Rast”ın üzvləri bu toyda bir araya gəldilər
Next articleGənclər Mərkəzində ” Döyüşə gedirəm mən” qısametrajlı sənədli-bədii filmin təqdimatı keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here