Home Cəmiyyət Krımdan gələn qonaq Çingiz Abdullayevlə görüşmüşdür

Krımdan gələn qonaq Çingiz Abdullayevlə görüşmüşdür

211
0

Br neçə gündür Bakıda qonaq olan “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in (BƏC İB) Krım şöbəsinin rəhbəri Natalya Postemskaya dünən Azərbaycan Yazıçılar Birliyinin Birinci Katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə görüşmüşdür. Natalya xanım Çingiz Abdullayevin fanatı olduğunu və Çingiz müəllimlə görüşməyin həyatındakı arzularından biri olduğunu bildirmişdir. O, BƏC İB-in sədri Tahir Xudiyevlə məsləhətləşərək Krımda dünyaşöhrətli yazıçının oxucuları ilə görüş keçirmək niyyətində olduğunu, lakin məlum müharibənin buna imkan vermədiyindən təəssüf hissi keçiridiyini söylədi. Buna baxmayaraq gələcəkdə münasib bir vaxtda Krımda görüşün keçirilməsi məsələsi öz qüvvəsində qalır.
Görüşdə BƏC İB-in sədri Tahir Xudiyev də iştirak etmişdir.
Çingiz Abdullayev bu görüşdən məmnun olduğunu bildirmiş və öz imzası ilə Natalya xanıma iki kitabını hədiyyə etmişdir.

Məlahət Abdullayeva
“Əlillər Dünyası” qəzetindən
19.07.2022

Previous article25 min 339 abituriyent 2-ci dəfə cəhd edəcək
Next articleAzərbaycan Avropanın enerji təhlükəsizliyində… – Bayramov

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here