Home Hadisə Bakıda sərnişin avtobus sürücüsünü döydü

Bakıda sərnişin avtobus sürücüsünü döydü

686
0

Bakının Sabunçu rayonunda avtobusda dava düşüb.

Sosialxəbər.az xəbər verir ki, hadisə ötən axşam saat 23:00-da Zabrat qəsəbəsində qeydə alınıb.

118B marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1977-ci il təvəllüdlü Qorçiyev Əziz Cəmil oğlu avtobusda olan sərnişinlə mübahisə edib.

Mübahisə zamanı sürücü döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Mübahisənin səbəbi hələ ki məlum deyil.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

Previous articleVətən müharibəsi şəhidinin övladı faciəvi şəkildə öldü
Next articleAQTA-dan sahibkarlara növbəti müraciət

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here