Home QHT “44 günlük Vətən müharibəsindən sonra” layihəsi yekunlaşdı

“44 günlük Vətən müharibəsindən sonra” layihəsi yekunlaşdı

332
0

Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə dörd ay müddətinə icra edilib. “44 günlük Vətən müharibəsindən sonra” layihəsi ilə on beş gün Niderland krallığına səfər edən “Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birlyinin sədri Fəridə Hicran Vəliyeva ilk olaraq qələbə sevincini Hollandiyada yaşayan azərbaycanlı soydaşları ilə bölüşüb. İki yerli televiziyada, ondan çox görüşdə çıxış edən Fəridə Vəliyeva 44 günlük Vətən müharibəsindən, Azərbaycan əsgərinin, Müzəffər Ali Baş Komandanın, xalqın birliyindən danışıb. Həmçinin o, işğaldan azad olunmuş vətən torpaqlarında gedən quruculuq işlərindən də məlumat verib.
Daha sonra Fəridə Vəliyeva Belçikaya gedərək orada Şuşanın bünövrəsini qoymuş, Şuşa qalasını inşa etmiş Pənahəli xanın kötükcəsi , böyük Azərbaycan şairi Natəvanın büstünü ziyarət edib.
Fəridə xanım Vəliyeva Hollandiyada fəaliyyət göstərən Azərbaycan və Türkiyə vəqflərinin başkanları ilə görüş keçirib. “Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birlyinin sədri Fəridə Hicran Vəliyeva görüşdə qalib sərkərdəmizin ağıllı siyasətindən, ordumuzun qəhrəmanlıq sücayətlərindən söhbət açıb. “Hollanda Azərbaycan Türk kültürü” dərnəyinin təşkilatçılığı ilə Xocalı faciəsini əks etdirən monimentin qarşısında tədbir keçirilib. “Dəniz Tv” kanalında “Qarabağ gerçəkləri və Talan olmuş Vətənim mövzusunda” çıxış edib. Benilüks Azərbaycanlılar konqresindəki tədbirdə etdiyi çıxış da diqqətdən kənarda qalmayıb, Hollandiyada çıxan bir çox dərgilərdə çap olunub.

“Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birlyinin sədri Fəridə Hicran Vəliyeva “44 günlük Vətən müharibəsindən sonra” layihəsinin yekun tədbirini isə töhfə olaraq Vətən Müharibəsi qaziləri ilə keçirib. O, qazilərlə şəhərin maraqlı məkanlarından birində görüşərək onlarla yemək və çay süfrəsi ətrafında söhbət edib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə dörd ay müddətinə icra edilən “44 günlük Vətən müharibəsindən sonra” layihəsi çərçivəsində görülən işlərdən və keçirilən tədbirlərdən söz açıb. “Xarici auditoriyaya məhz sizin kimi qəhrəmanların döyüş yolunun təbliği, müharibədən sonrakı dövrdə Qarabağın yenidən qurulması üçün dövlətin apardığı işlərdən məlumat verilməsi vacibdir” fikrini qeyd edən QHT sədri qazilərimizin valideynlərinə də minnətdarlıq bildirib.Qazilər Fəridə Hicran Vəliyevaya onlara göstərdiyi qayğıya və diqqətə görə minnətdarlıq bildirərək uğurlar dilədilər.




Previous articleZəngilanda ağaclıq ərazi yanır – Video
Next articleVətən müharibəsində qəhrəmanlığı ilə dastana dönən Xudayarın doğum günüdür

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here