Home İdman UEFA reytinqi: Azərbaycan xal hesabını açıb, Ermənistan geriləyib

UEFA reytinqi: Azərbaycan xal hesabını açıb, Ermənistan geriləyib

233
0

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal hesabını açıb.

Sosialxəbər.az “Report”a istinadən məlumatına görə, bu, “Qarabağ” komandasının Polşa “Lex”i ilə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündə əldə etdiyi 5:1 hesablı qələbə sayəsində mümkün olub. Qalibiyyət dörd klubla təmsil olunan ölkənin aktivinə 0,250 xal gətirib.

Lakin Azərbaycan son beş mövsüm üzrə xal sayını 12,875-ə çatdırmasına rəğmən, 29-cu pillədə qalıb. Səbəb 13,750 xalla 28-ci yerdə gedən Polşanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Lexiya” və “Poqon”un elə I təsnifat mərhələsindən mübarizəyə başlayaraq, ilk görüşlərini qələbə ilə başa vurmalarıdır. Azərbaycanın bu turnirdəki təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ” isə yarışa II təsnifat mərhələsindən start verəcəklər.

Qeyd edək ki, reytinq siyahısında dəyişikliklər aşağı pillələrdə baş verib. Lüksemburq 8,500 xalla 35-ci pilləyə yüksəlibsə, hərəyə 8,375 xalı olan Finlandiya ilə Bosniya və Herseqovina 36-37-ci yerləri bölüşürlər. Xalını 8,125-ə çatdıran Litva 39-cu mövqeyə irəliləyibsə, 7,875 xalı olan Ermənistan 40-cı yerə geriləyib.

Bundan başqa, Cəbəllütariq (5.541) 48-ci, İslandiya (5.416) 49-cu pilləyə irəliləyib, Uels (5.333) 50-ci mövqeyə düşüb

Previous articleQuzu əti BAHALAŞDI
Next articleNardaranda fəhlələr arasında dava: ölən var

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here