Home QHT Əsgər Ailələrinə Dəstək ,Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliklərinin birgə Bəyanatı

Əsgər Ailələrinə Dəstək ,Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliklərinin birgə Bəyanatı

161
0
   Qazi Elvin Cəfərovun intihar etməsi və nəticədə  dünyasını dəyişməsi ilə bağlı təəssüf hissi keçiririk. İstər cəmiyyətin istərsə də aidiyyəti qurumların həssas qruplara laqeyid yanaşmasının nəticəsidir ki, 44 günlük Vətən Müharibəsindən sonra 35 qazimiz intihar edib. Məsələlər heç də araşdırılmadan bircə don geyindirilir " qazinin psixoloji problemi vardı". Bəli , onların psixoloji problemi yaranıb. Müharibədə stress, yara alan, əzalarını itirən, yanlarında onlarla əsgər şəhid olan  şəxslər necə əvvəlki vəziyyətlərinə qayıda bilərlər? İstər şəhid ailələrinə , istərsə də qazilərə uzun müddətli psixoloji müalicələr təyin olunmalıdır. Bu insanlar hamı tərəfdən qəbul olunub dinlənilməlidilər. Amma nədənsə vəzifəsi xalqa qulluq olan məmurların qəbuluna biz düşə bilmirik, qazi və şəhid ailələrini dinləmələrinə inamımız heç gəlmir. Hər bir qurum və məmur əlçatan olmalıdır. Qazi Elvin Cəfərovun intihar məsələsinin dəqiq araşdırılacağına inanmaq istəyirik. Çünki sosial şəbəkələrdə qazinin son videosu çıxıb.O, gərək məni, əli ilə icra hakimiyyətini göstərərək sındırmayaydılar deyir. Bu faciənin ətrafında çıxarları üçün oynayanlara da ar olsun! Düşmənə  məğlubiyyəti yaşadan oğulları laqeyidlik, biganəlik öldürür.  Media nümayəndələri və vətəndaşlardan xahiş edirik , belə faktlarla rastlaşanda  kömək edin. İctimai birliklərimiz hər zaman həssas qrupların yanlarında olmağa hazırdır. Elvin kimi qazilər ölməsin deyə hər birimiz müharibə dövründəki kimi bir olub, xalqdan olmayanlarla yollarımızı ayırmalıyıq.  30 il bizi erməni qırdı , indi də içimizdəkilər axırımıza çıxmaq istəyirlər. İnanırıq ki, həmişəki kimi dövlətimizin başçısı bu olaylara reaksiya verərək, tezliklə qaziləri intihar  həddinə çatdıranlara layiqli cəza verəcək.Əksi olarsa ölkədə  intiharlar zənciri  hələ çox olacaq.                                                           Mətanət Əsgərqızı Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri                                 Şəbnəm Rəfaelqızı  Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri
Previous articleXuraman və Tünzalə ağlayaraq vidalaşdı – Video
Next article“Aİ-95” markalı benzinin qiyməti bahalaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here