Home Hadisə Sumqayıtda keçmiş məhkum adam öldürdü

Sumqayıtda keçmiş məhkum adam öldürdü

156
0

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə iyulun 10-da saat 14 radələrində şəhər sakini İsrayıl Culiyevin ölməsi barədə məlumat daxil olub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib.

Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Pirqurbanın münaqişə zəminində İ.Culiyevi bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Pirqurban şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Previous articleYutubdan Dilarəyə qadağa – Uşaq zorakılığına görə
Next articleNeft həftəyə bu qiymətlə başladı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here