Home Cəmiyyət “Azərbaycan Dəmir Yolları”nda yoxlamalar BAŞLADI

“Azərbaycan Dəmir Yolları”nda yoxlamalar BAŞLADI

211
0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlaması aparılır.

Sosialxəbər.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, hazırda QSC-nin maliyyə fəaliyyəti araşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən sorğuya cavab olaraq bildirilib ki, korporativ idarəetmə standartlarına uyğun olaraq “Azərbaycan Dəmir Yolları” QSC-də Müşahidə Şurası və Audit Komitəsi formalaşdırılıb:

“Beynəlxalq standart və milli qanunvericiliyin tələblərinə uyğun olaraq böyük dördlüyə daxil olan şirkətlərdən biri kənar audit olaraq cəlb edilib və hazırda prosesdədir. Beynəlxalq mühasibat uçotu tələblərinə uyğun olaraq hazırlanan hesabat təsdiq olunduğu zaman ictimaiyyətə məlumat veriləcək və təşkilatın rəsmi internet səhifəsində yerləşdiriləcək”, – deyə məlumatda qeyd olunub.

Previous articleAzərbaycanda Qurban bayramıdır
Next articleTanınmış azərbaycanlı rəssam vəfat etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here