Home Cəmiyyət Qurban bayramında metroda iş qrafiki belə olacaq

Qurban bayramında metroda iş qrafiki belə olacaq

97
0

Qurban bayramında qatarlar adi iş günü qrafiki ilə hərəkət edəcək. İyulun 11-12-i isə istirahət günü qrafiki qüvvədə olacaq.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən məlumat verilib.

“Müqəddəs Qurban bayramının qeyd edildiyi 9-10 iyul tarixlərində Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Bu tarixlər istirahət günləri hesab olunsa da, metrodan istifadə edən sərnişinlərin maksimum rahatlığını təmin etmək məqsədilə qatarlar adi iş günləri qrafiki ilə hərəkət edəcək. Bununla iyulun 4-dən tətbiq edilmiş yay qrafikinə uyğun olaraq, iyulun 9-u və 10-da qatarların “Həzi Aslanov-28 May” sahəsi boyunca hərəkət intervalı saat 7:00-dan 21:00-a qədər 2 dəqiqə 30 saniyə təşkil edəcək. Qırmızı və Yaşıl xətlərin kəsişərək birləşdiyi “28 May” stansiyasından sonrakı sahələrdə interval, uyğun olaraq, 2 dəfə çox təşkil edəcək.

Bu günlər ərzində metropolitendə gücləndirilmiş iş rejimi tətbiq edilməklə işçilərin növbətçilik cədvəli tərtib olunacaq.

İyul ayının 11-12-si istirahət günləri hesab olunduğundan qatarlar şənbə-bazar günlərinə uyğun təmin ediləcək. Hər iki gün “28 May-Həzi Aslanov” sahəsində qatarlar 3 dəqiqəlik intervalla hərəkət edəcək. Ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranarsa, xəttə çıxarılacaq.

“Bakmil” stansiyasına və əksinə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, mövcud bayram və istirahət günlərində tətbiq edilmiş iş rejimi nəzərə alınmaqla, iyulun 9-10-da iş günləri, iyulun 11-12-də isə istirahət günləri qrafikini əsas götürsünlər”.

Məlumatda həmçinin bildirilib ki, gün ərzində “Bakmil” stansiyasına hərəkət edən qatarların iş və istirahət günləri qrafiki metropolitenin rəsmi saytının müvafiq bölməsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunacaq.

Previous articleKlinika rəhbərliyi ağacları kəsdiyinə görə cəzalandırıldı
Next articleO, artıq ölüb, fatihəsini vermək lazımdır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here