Home Dünya O, artıq ölüb, fatihəsini vermək lazımdır

O, artıq ölüb, fatihəsini vermək lazımdır

104
0

Son zamanlar ATƏT-in həmsədrləri Şeyx Nəsrullah obrazına girib ölü diriltməyə çalışırlar. 30 il ərzində bir daşı daş üstə qoymayan bu qurum indi vəziyyəti dəyişmək istəyir. Hamısı da erməninin xeyrinə.

Sosialxəbər.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov deyib.

O əlavə edib ki, öz aralarında mövcud olan münaqişəni həll edə bilməyən, III Dünya müharibəsinə başlayan bu ölkələr necə üçüncü ölkədə münaqişəyə xeyir verə bilərlər.

Siyavuş Novruzov bildirib ki, bu ölkələr arasında elan olunmasa belə müharibə gedir, prezidentləri bir-birini təhqir edir:

“Onlar öz aralarında münasibətləri düzəldib sonra Ermənistan-Azərbaycan münasibətləri haqqında danışsınlar. Bizim gözləməyə vaxtımız yoxdur. Amerikalı keçmiş həmsədr bildirir ki, ATƏT-in Minsk Qrupunu diriltmək fikrindədir. Onun buna səlahiyyəti də yoxdur. Bu təşkilat artıq ölüb. Onun artıq fatihəsini vermək lazımdır”.

Previous articleQurban bayramında metroda iş qrafiki belə olacaq
Next articleKəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub – RƏSMİ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here