Home Sağlamlıq Azərbaycana meymunçiçəyi testləri gətirildi

Azərbaycana meymunçiçəyi testləri gətirildi

438
0

Son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlinməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib.

Sosialxəbər.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib. Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən üç min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib.

Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur.

Qeyd edək ki, şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq.

Previous articleBakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçirilir
Next articleNeft kəskin ucuzlaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here