Home Hadisə Ağsuda sərxoş şəxs yanğın törətdi

Ağsuda sərxoş şəxs yanğın törətdi

639
0

Ağsu rayonunda qəsdən yanğın törədən şəxs müəyyən edilib.

Sosialxəbər.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Axar.az-verilən məlumata görə, iyunun 24-də Ağsu şəhəri, Cavanşir küçəsində yanğın hadisəsi baş verib. Yanğının genişlənərək ətrafa yayılma, o cümlədən yaxınlıqdakı evə və qaz xəttinə keçmə təhlükəsi yaranıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Araşdırmalar nəticəsində yanğını qəsdən törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Qasımov Tural İfadə oğlu müəyyən edilib. T.Qasımov yanğını sərxoş vəziyyətdə törətdiyini etiraf edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Previous article“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq
Next articleAzərbaycan və Yaponiya XİN-ləri arasında görüş oldu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here