Home Qarabağ Yaşyarımlıq Zəhranın erməni vandalizminin qurbanı olmasından beş il ötür

Yaşyarımlıq Zəhranın erməni vandalizminin qurbanı olmasından beş il ötür

183
0

Bu gün yaşyarımlıq Zəhra Quliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən beş il ötür.

2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Həmin vaxt Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı və 1967-ci il təvəllüdlü nənəsi Quliyeva Sahibə İdris qızı Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəşi nəticəsində həlak olublar.

Habelə, atəş nəticəsində rayon sakini, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı yaralanıb və xəstəxanaya çatdırılıb.

Previous articleAzercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!
Next articleNəzakət Teymurova 50 yaşını belə qeyd etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here