Home Şou-biznes Nəzakət Teymurova 50 yaşını belə qeyd etdi

Nəzakət Teymurova 50 yaşını belə qeyd etdi

290
0

Xalq artisti Nəzakət Teymurovanın ad günü olub. 

Sosialxəbər.az xəbər verir ki, 50 yaşını qeyd edən xanəndə sosial şəbəkədə paylaşımlar edib. N.Teymurova qızı Nigarın ona verdiyi hədiyyəni yayımlayaraq bunları yazıb:

“Nigarımın doğum günümdə mənə hədiyyəsi… Halbuki həyatımın ən böyük hədiyyəsi elə Nigar özüdür. 50 ilimin böyük hissəsini Azərbaycan Milli Musiqisinə həsr etdim. 100 dəfə həyata gəlsəydim, yenə də həyatımı bu sənətə həsr edərdim. Doğum günümlə əlaqədar saysız-hesabsız təbriklərə görə bütün sənət dostlarıma, tələbələrimə, doğmalarıma təşəkkür edirəm”.

Xanəndə özəl gününü dostları ilə birlikdə qeyd etdiyini vurğöulayıb. O, rəfiqəsi, aparıcı Ceyran Rəhimova ilə görüntüsünü yayımlayaraq “Dəyərlim, əzizim, gözəl bacım çox sağ ol, bugünki gün üçün. İllərin sınağından keçmiş gözəl gözlüm, hər şey üçün minnətdaram sənə” sözlərini qeyd edib.

Previous articleYaşyarımlıq Zəhranın erməni vandalizminin qurbanı olmasından beş il ötür
Next articleDeputatlara verilən bəzi pul təminatları ləğv edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here