Home Hadisə Füzulidə mühəndis faciəvi şəkildə öldü

Füzulidə mühəndis faciəvi şəkildə öldü

676
0

İyulun 3-ü saat 11 radələrində Füzuli rayonu, Qazaxlar kəndi ərazisində 1958-ci il təvəllüdlü Mikayıl Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Füzuli rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Füzuli suvarma sistemləri idarəsinin elektrik mühəndisi vəzifəsində işləyən Mikayıl Nəsirov qeyd edilən kənd ərazisində yerləşən su quyusunun motorunu təmir edərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Füzuli suvarma sistemləri idarəsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) tabeiliyində fəaliyyət göstərir.

Previous articleBakını bəzi yollarında tıxac var – SİYAHI
Next articleKəlbəcərdəki mövqelərimiz intensiv atəşə tutulub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here