Home QHT “Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi sosial xidmət sifarişi üzrə layihənin icrasına...

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi sosial xidmət sifarişi üzrə layihənin icrasına başlamışdır

194
0

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinn tabeliyində Sosial Xidmətlər Agentliyi ilə sosial xidmət sifarişi üzrə bağlanmış müqavilə çərçivəsində ”Gəncə şəhərində Sağlamlıq imkanı məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzinin fəaliyyətnun təşkili” adlı layihənin icrasına başlamışdır.

Bu barədə Sosialxəbər.az-a Layihənin rəhbəri Rövşən Novruzov məlumat verib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi – Sağlamlıq imkanı məhdud olan uşaqlara və onların ailələrinə davamlı sosial xidmətlərin göstərilməsidir.

Layihə çərçivəsində 100 nəfər sağlamlıq imkanı məhdud olan uşaqlar üçün fərdi intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün məsləhət xidməti təşkil olunacaqdır. Qeyd etmək lazımdır ki, Reabilitasiya Mərkəzinin fəaliyyətinə, nəinki Gəncə şəhəri və ətraf rayonlarda yaşayan uşaqlar, eyni zamanda Gəncədə məskunlaşan sağlamlıq imkanı məhdud olan uşaqlar da cəlb olunmuşdur.

Həyata keçiriləcək reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklərin olması gözlənilir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss ediləcək, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artacaq, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranacaqdır.

Sosial Xidmətlər Agentliyi tərəfindən təşkilata hərtəfərli dəstəyin göstərilməsi layihənin uğurlu icrasına təminat verir. Göstərilən dəstək üçün Sosial Xidmətlər Agentliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Previous articleDİN yanında İctimai Şura üzvləri Azərbaycan Polisi Gününə həsr olunan tədbirə qatılıb
Next articleBakını bəzi yollarında tıxac var – SİYAHI

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here