Home Hadisə Samur-Abşeron kanalına düşən gəncin meyiti tapıldı

Samur-Abşeron kanalına düşən gəncin meyiti tapıldı

198
0

İyunun 27-də yol-nəqliyyat qəzası nəticəsində Samur-Abşeron kanalına (Quba rayonunun Hacıhüseynli kəndi) düşən 1995-ci il təvəllüdlü Rəvan Zakir oğlu Əmirovun axtarışları yekunlaşıb.

Sosialxəbər.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu gün səhər saatlarında “Şimal” dalğıc-axtarış qrupu R.Əmirovun meyitini batdığı yerdən təqribən 8 km məsafədə Samur-Abşeron kanalının Quba rayonu, Barlı qəsəbəsi ərazisindən keçən hissəsində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırmışdı. Nəticədə sürücü sudan çıxarılmış, onun sərnişini Rəvan Əmirov isə suda boğulmuşdu.

Previous articleBakıda hansı yollarda sıxlıq var? – SİYAHI
Next articleBağçada azyaşlı xəsarət aldı: müdir cəzalandırıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here