Home Milli Məclis 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi başladı

2022-ci ilin dövlət büdcəsinin müzakirəsi başladı

213
0

Parlament “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunu layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb.

Sosialxəbər.az xəbər verir ki, büdcə layihəsini deputatlara Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Komitə sədri təqdim olunan qanun layihələrində dövlət büdcəsində yaranan əlavə gəlirlərin dövlətin qarşısında duran əsas məsələlərin həllinə, xüsusən də işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərinə yönəldilməsini yüksək dəyərləndirib. Bildirib ki, dövlət büdcəsində yaranan bu yeni imkanlar müdafiə, təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz yurdlarına qayıtması istiqamətlərində işləri qısa müddət ərzində təmin etməyə imkan verəcək.

Komitə sədri əlavə edib ki, büdcə Azərbaycanın qarşısında duran çağırışlara cavab verəcəyini, bunun üçün maliyyə bazası yaradacağını qeyd edib. O, həmkarlarını layihəni dəstəkləməyə dəvət edib.

Previous articleBu kəndlərimizə dolu düşdü
Next articleYararsız döyüş sursatları utilizasiya olunacaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here