Home Hadisə Yevlaxda ata və oğlu saxlanıldı

Yevlaxda ata və oğlu saxlanıldı

212
0

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ata və oğul saxlanılıblar.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraoğlan kənd sakinləri Babaş Kərimov və oğlu Səxavət tutulublar.

Onların evinin həyətyanı və pay torpaq sahələrinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri aşkar edilib. B.Kərimova məxsus 201 ədəd və oğlu Səxavətə isə məxsus 37 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Previous articleAzərbaycanda 45 yaşlı kişi qatarın altında qaldı
Next article“Azərişığ”ın sabiq əməkdaşlarına cinayət işi açıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here