Home İqtisadiyyat Manatlıq alça Bakıda niyə 7 manat olmalıdır?

Manatlıq alça Bakıda niyə 7 manat olmalıdır?

774
0

Bazar qiymətləri hökuməti ciddi şəkildə narahat etməlidir və bununla bağlı təcili tədbirlər görülməlidir.

Sosialxəbər.az bildirir ki, Bunu bazarlarda qiymət artımı ilə bağlı Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

“Qiymət artımı ilə bağlı hökumətin hər hansı qabaqlayıcı addımları görünmür. Hesab edirəm ki, bu məsələdə qəti qərarlar qəbul olunmalıdır. Əsas məsələ inhisarçıların süni qiymət artımının qarşısının alınmasıdır”.

Millət vəkili yay ayında mövsüm meyvələrinin Bakıda çox baha qiymətə satılmasından da narahatlığını bildirib:

“Regionlarda çox ucuz satılan mövsüm meyvələri Bakıda nübar vaxtının qiymətinədir, hələ də ucuzlaşma müşahidə edilmir. Bunun səbəbi nədir? Necə ola bilər ki, regionlarda 1-1,5 manata olan alça Bakıda hələ də 7-8 manatdan aşağı satılmasın? Burda süni qiymət artımı və inhisarçılığın yaratdığı bahalıq göz önündədir. Bu, ciddi narazılıq yaradır və hökumətin müdaxiləsini qaçılmaz edir”.

Previous articleİlham Əliyev Özbəkistana getdi
Next articleTürkiyə ordusu İraqda şəhid verdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here