Home İdman Azərbaycanlı şagirdlər Türkiyədə qızıl medal aldılar

Azərbaycanlı şagirdlər Türkiyədə qızıl medal aldılar

375
0

Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sırası genişlənməkdədir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Xəyal Əliyev Türkiyədə keçirilən muay-tay idman növü üzrə Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb. Bu qələbəsinə görə məktəbli qızıl medalla təltif olunub.

Paytaxtdakı 279 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rəhim Rəhimli Türkiyədə boks idman növü üzrə keçirilən beynəlxalq yarışda I yeri tutub. Məktəbli bu uğuruna görə qızıl medal, diplom və kuboka layiq görülüb.

27 nömrəli tam orta məktəbin VII sinif şagirdi Tamerlan Yaqubov Xorvatiyada keçirilən “Croatia Open” beynəlxalq turnirində taekvondo idman növü üzrə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qələbəsinə görə məktəbli qızıl medalla mükafatlandırılıb.

Previous articleBakını hədələyən erməniyə azərbaycanlı belə dərs verdi – Video
Next articleAvropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə Lənkəranda atalar və övladları üçün düşərgə təşkil edilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here