Home Hadisə Kürdəmirdə biçilmiş taxıl sahəsi yanıb

Kürdəmirdə biçilmiş taxıl sahəsi yanıb

354
0

Kürdəmirdə biçilmiş taxıl sahəsi yanıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Kürdəmirin Qarasaqqalı kəndində vətəndaşa məxsus taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Məhərrəmov Məhərrəm Abdulxaliq oğluna məxsus biçilmiş taxıl sahəsində baş verdiyi və alovun hər an yaxınlıqda yerləşən biçilməmiş taxıl sahəsinə keçmə riskinin mövcud olduğu müəyyən edilib.

Yanğın qısa müddətdə söndürülərək alovun biçilməmiş taxıl sahəsinə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində dörd hektar sahədə biçilmiş taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, o cümlədən kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət edərək, xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır.

Previous articleAzərbaycanda şəkər tozunun qiyməti bahalaşdı
Next articleİlham Əliyev Özbəkistana getdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here