Home Qarabağ Papikyan indi də Qazaxla sərhədə gəldi

Papikyan indi də Qazaxla sərhədə gəldi

292
0

Ermənistan müdafiə naziri Suren Papikyan ötən gün 2-ci ordu birliyini ziyarət edib.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Hərbi təlim bölməsində Papikyana müasir texnikalar, yerli istehsal olan avadanlıqlar, o cümlədən səhra şəraitində şəxsi heyətin təminatı haqda məruzə edilib.

Sonra Papikyan döyüş atışlı taktiki təlimləri izləyib. Təlimlərdə əks-hücum fəaliyyətləri də məşq edilib.

Nazir təlimdə fərqlənənlərə mükafatlar təqdim edib.

Daha sonra Papikyan şimal-şərq sərhəd xəttinə gəlib, döyüş mövqelərində olub, mühəndis işlərini izləyib, şəxsi heyətin döyüş ruhu ilə maraqlanıb, mövqelərdə olan hərbçilərlə söhbət edib və s.

Qeyd edək ki, Papikyan 16 iyunda Naxçıvanla sərhədə getmişdi.

Previous article“Kontakt”ın “Şeş-Qoşa” kampaniyası: Maşını qazi qazandı
Next articleƏcnəbi səyahətçilər Zəngilana səfər ediblər

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here