Home DİN Bakı yollarında son vəziyyət: Haralarda sıxlıq var?

Bakı yollarında son vəziyyət: Haralarda sıxlıq var?

197
0

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında son vəziyyəti açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər;

2. Moskva prospektində – Beynəlxalq Avtovağzalın qarşısından “20 Yanvar” dairəsinə qədər – əsas və kənar yolda;

3. Rövşən Cəfərov küçəsində – “20 Yanvar” dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində;

4. Binəqədi şosesində – mərkəz – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

5. Ziya Bünyadov prospektində – Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində;

6. Əsəd Əhmədov küçəsində, Dadaş Bünyadzadə küçəsi ilə kəsişmədən A.Şərifzadə küçəsi ilə kəsişməyədək Zərdabi prospekti istiqamətində;

7. Heydər Əliyev prospektində – “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısına qədər kənar yolda;

8. Koroğlu Rəhimov küçəsində, Təbriz küçəsi ilə kəsişmədən Akademik Həsən Əliyev küçəsi istiqamətində;

9. Gülarə Qədirbəyova küçəsində, Heydər Əliyev Mərkəzinin yanından Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Previous articleİrəvan şifahi razılaşmanı pozur – Əliyev tələb etdi
Next articleAzərbaycan Prezidentinin köməkçisi: “Bizim etdiklərimiz dünya üçün örnəkdir”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here