Home Qarabağ Qarabağ üzərindən “nüfuz savaşı”: yol hərbə aparır…

Qarabağ üzərindən “nüfuz savaşı”: yol hərbə aparır…

159
0

ABŞ və Rusiya Qarabağ üzərindən bölgədə “nüfuz müharibəsi” aparır: Lavrovun Mirzoyanla görüşündən qısa müddət öncə ABŞ-ın Ermənistandakı səfirinin Xarici İşlər Nazirliyinə gəlişi də bundan xəbər verir.

– Vaşinqton İrəvanın Brüssel razılaşmasına sadiqliyini yoxlamaq istəyir;

– Mümkündür ki, ABŞ Rusiyanın hansısa həmləsindən son anda xəbər tutub və səfir vasitəsilə İrəvana təcili şəkildə öz mesajını çatdırıb.

“Nüfuz müharibəsi” Qarabağ, ümumilikdə bölgə üzərindəki anlaşmaların icrası ilə bağlı 44 günlük müharibədən öncəki vəziyyətin yaranmasına gətirib çıxara bilər – bəyanatlar, danışıqlar, diplomatik təmaslar aktiv şəkildə davam etsə də, praktiki addımlara keçid səngiyir.

Təcrübə göstərir ki, dalana dirənmiş danışıqları irəlilətmək və praktiki mərhələyə keçidə zəmin yaratmağın yolu hərbdən keçir. Hadisələrin inkişafı buna ehtiyacı aktuallaşdıra bilər.

Previous articleAzərbaycanda vəzifəli şəxslər həbs edildi
Next articleNeft yenidən ucuzlaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here