Home Hadisə Oğuzda traktor aşdı: Xəsarət alanlar var

Oğuzda traktor aşdı: Xəsarət alanlar var

716
0

Dünən axşam saatlarında Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində Rauf Səmədovun idarə etdiyi “Belarus 1221” markalı traktor dağlıq ərazidə yoldan çıxaraq aşıb.

Sosialxəbər.az Oxu.Az-a istinadən məlumatına görə, nəticədə traktorun qoşqusunda olan 5 nəfərdən 3-ü, Böyük Söyüdlü kənd sakinləri – 1994-cü il təvəllüdlü Süleyman Rüstəmov, 1973-cü il təvəllüdlü İvan Podosinnikov və 2003-cü il təvəllüdlü Osman Jasimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdirilib və vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Previous articleFəhlə iş yoldaşını yumruqla vurub öldürdü
Next articleAzərbaycanın Əməkdar həkimi vəfat etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here