Home Hadisə Fəhlə iş yoldaşını yumruqla vurub öldürdü

Fəhlə iş yoldaşını yumruqla vurub öldürdü

798
0

İyunun 08-də 1992-ci il təvəllüdlü Qadir Hüseynova Masallı rayonu ərazisində xəsarət yetirilməsi və aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Masallı rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı 2002-ci il təvəllüdlü Hüseynxan Cəfərov fəhlə kimi çalışdıqları ərzaq anbarında aralarında baş vermiş mübahisə zamanı Qadir Hüseynovun baş nahiyəsinə yumruq vurmaqla xəsarət yetirib, nəticədə o, almış olduğu xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hüseynxan Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Previous articleNeft bahalaşmaqda davam edir
Next articleOğuzda traktor aşdı: Xəsarət alanlar var

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here