Home DİN Sürücülərin nəzərinə: bu yollarda tıxac var

Sürücülərin nəzərinə: bu yollarda tıxac var

125
0

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Mərkəzdən bildirilib.

Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı Sumqayıt şossesi – (Masazır dairəsindən başlayaraq, 20 Yanvar dairəsinə qədər)

2. Ziya Bünyadov prospekti – (Olimpia stadionu yanından başlayaraq, Atatürk prospektilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətində)

3. Yusif Səfərov küçəsi – (Mehdi Mehdizadə küçəsi kəsişməsi daxil olmaqla, “Koroğlu” metrostansiyası istiqamətində və Sevgi parkı qarşısından başlayaraq, 28 May küçəsi kəsişməsinə kimi)

4. 28 May küçəsi – (Rixard Zorge küçəsi kəsişməsi daxil olmaqla, Rəşid Behbudov küçəsi kəsişməsinə kimi)

5. Heydər Əliyev prospekti – (“Koroğlu” metrostansiyasının qarşısı daxil olmaqla, kənar yol, ASAN Xidmətin qarşısına kimi)

6. Xətai prospekti – (Neymət Quliyev küçəsi kəsişməsi daxil olmaqla, Heydər Əliyev prospekti kəsişməsinə kimi, “Koroğlu” metrostansiyası istiqaməti)

7. Abdulvahab Salamzadə küçəsi – (Qələbə dairəsindən başlayaraq, Ziya Bünyadov prospekti kəsişməsinə kimi)

8. Tiflis prospekti – (20 Yanvar dairəsi, körpü üzərindən başlayaraq Abdulvahab Salamzadə küçəsi kəsişməsinə kimi).

Previous articleBakıda minlərlə şam ağacı kəsilib
Next articleQaraciyərini qardaşına verən müğənninin vəziyyəti ağırlaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here