Home Hadisə Novxanıda istirahət mərkəzində iki nəfər bıçaqlanıb

Novxanıda istirahət mərkəzində iki nəfər bıçaqlanıb

394
0

Novxanıda istirahət mərkəzində iki nəfər bıçaqlanıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 6-ı saat 01 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzində iki şəxsə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla qeyd edilən istirahət mərkəzində Sədulla Sərdari və Ramiz Yarəliyevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı orada istirahətə gəlmiş Həmid Abulov və Namid Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürülmələrinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramiz Yarəliyev və Sədulla Sərdari şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Previous articleBərdəyə yeni polis rəisi təyin edildi
Next articleNəsir Əhmədli vəfat etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here