Home QHT Bir neçə şəxslər Vətənə xidmət edirəm medalı ilə tətif edildilər

Bir neçə şəxslər Vətənə xidmət edirəm medalı ilə tətif edildilər

351
0

31.05.2022 tarixində Bakının İçəri şəhər ərazisində yerləşən “Şah Palace” otelində “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyin təşkilatçılığı ilə “44 günlük vətən müharibəsi zamanı arxa cəbhədən ön cəbhəyə dəstək layihəsi çərçivəsində növbəti tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Rövşən Ağamalıyev iştirakçıları salamlayıb 44 günlük müharibədə əldə edilən möhtəşəm qələbədən danışıb. Hazırlanan medalları kimlərə və hansı xidmətlərə görə verildiyindən məlumat verib. Bundan sonra Təşkilatın Nəzarət Təftiş komissiyasının sədri Niyaməddin İbrahimov və şəhid valideyinləri çıxış ediblər. Çıxışlardan sonra təltiflər başlayıb. Tədbirdə Azərbaycan Respublikasının xalq artisti Azərin, Moldova Respublikasının Parlament vəkili Aurelio Qriqoriu və “Milan” Hospitalın direkotoru,təsisçisi Xuraman Muradova “Vətənə xidmət edirəm” medalları ilə təltif olunublar.Təşkilatla əməkdaşlıq edən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin muəllimi Günel Kərimovanın rəhbərliyi ilə şagirdlər xalq artisti Azərin xanımla birgə “Çırpınırdı Qara Dəniz” mahnısını jest dilində nümayiş ediblər.Bununlada tədbir sona çatıb.

Previous articleQHT-lərin fəaliyyətində canlanma vətəndaş cəmiyyətinin inkişafına təkan verir
Next articleBərdəyə yeni polis rəisi təyin edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here