Home Hərbi Ordumuzda korona əleyhinə bu tədbirlər görülür – MN

Ordumuzda korona əleyhinə bu tədbirlər görülür – MN

1064
0

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında Tibb İdarəsinin Tibbi Profilaktika və Ekologiya şöbəsinin təşkilatçılığı ilə “Silahlı Qüvvələrdə COVID-19 infeksiyasının dünəni, bu günü və sabahı” mövzusunda terapevtik profilli elmi-praktiki konfrans keçirilib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Konfransda COVID-19 infeksiyasının diaqnostikası, müalicə prinsipləri və digər mövzularda həkim-mütəxəssislərin məruzələri dinlənilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunda COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə koordinasiyalı şəkildə təxirəsalınmaz tədbirlər həyata keçirilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Sonda COVID-19 infeksiyasına qarşı keçirilən tədbirlərdə fərqlənən həkim və tibb işçilərinə fəxri fərmanlar təqdim edilib.

Previous articleVəkillər Kollegiyası beynəlxalq əməkdaşlıqla bağlı ciddi uğurlara imza atıb
Next articleQHT-lərin fəaliyyətində canlanma vətəndaş cəmiyyətinin inkişafına təkan verir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here