Home Hadisə Gəncədə toyda dava: kişi, bacısı və arvadı bıçaqlandı

Gəncədə toyda dava: kişi, bacısı və arvadı bıçaqlandı

743
0

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri Şəfaət İslamlı və onun həyat yoldaşı R. İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Sosialxəbər.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

O qeyd edib ki, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini Rüfət Həsənzadə saxlanılıb:

“İlkin araşdırma zamanı müəyyən olunub ki, R. Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində iştirak edən zaman musiqi sifarişinə görə N. Məmmədov ilə mübahisə etmiş, ona bıçaqla xəsarət yetirən zaman ona mane olmağa çalışan bacı və onun həyat yoldaşına( R. Həsənzadənin) da müxtəlif xəsarət yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb”.

Previous articleBasketbol millimizdən tarixi uğur: Avropa çempionatına vəsiqə qazandılar – FOTO/VİDEO
Next articleVəkillər Kollegiyası beynəlxalq əməkdaşlıqla bağlı ciddi uğurlara imza atıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here