Home İdman Basketbol millimizdən tarixi uğur: Avropa çempionatına vəsiqə qazandılar – FOTO/VİDEO

Basketbol millimizdən tarixi uğur: Avropa çempionatına vəsiqə qazandılar – FOTO/VİDEO

1304
0

Azərbaycanın 3×3 basketbol üzrə kişilərdən ibarət milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Sosialxəbər.az xəbər verir ki, milli komanda Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində yarımfinalda Lüksemburq yığmasına (15:13), finalda isə İrlandiya komandasına (20:16) qalib gəlib.

Bununla da Azərbaycan millisi 9-11 sentyabr tarixlərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, final Avstriyanın Qrats şəhərində baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi basketbolun 3×3 növü üzrə 2014-cü ildən sonra ikinci dəfə Avropa çempionatının əsas mərhələsinə yüksəlib.

Previous articleNeft həftəyə bu qiymətlə başladı
Next articleGəncədə toyda dava: kişi, bacısı və arvadı bıçaqlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here